SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Yevlax rayonunun Kövər kəndində baş tutub.
Gununsesi.info xəbər veri ki, “Səyyar qəbul otağı”nın imkanlarından yararlanan kənd sakinləri qaz təchizatı ilə bağlı problem və təkliflərini səsləndiriblər. Müraciətlər sırasında fərdi yaşayış evinə gedən qaz xəttində sızmanın aradan qaldırılması, küçə qaz xəttinin yerinin dəyişdirilməsi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması və küçə qaz xəttinin çəkilişi yer alıb.
Ünvanlanan suallar Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, sakinlərə ətraflı izahatlar verilib.
Gununsesi.info