Səbinə Əliyeva Bəxtiyar Hacıyevə baş çəkdi

  • By admin
  • 02 Fevral 2023 10:15

Ombudsman Səbinə Əliyeva həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib.

Bu barədə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bəxtiyar Hacıyevin anası və onunla bağlı müraciət edən digər şəxslər Ombudsman Aparatında qəbul olunub. Eyni zamanda Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ombudsman Səbinə Əliyeva tərəfindən qəbul olunaraq müraciəti dinlənilib.

Qeyd edək ki, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunan B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun həbsinə etiraz olaraq aclıq aksiyası etdiyini bildirir.

İddialara görə, B.Hacıyev jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulub.

Gununsesi.info