Səbri, pulu tükənən adamlara həssaslıq göstərmək lazımdır – RƏŞAD MƏCİD KARANTİN REJİMİNİN UZADILMASINI İSTƏMİR

  • By admin
  • 17 İyul 2020 09:18

“525 ci” qəzetin baş redaktoru Rəşad Məcid Operativ Qərargaha təklif verib.

Gununsesi.org bildirir ki, baş redaktor karantin rejimin uzadılmasının əleyhinə olduğunu deyib:

Operativ Qərargahın sərt karantin rejimini uzatmaq fikri varsa bunu biraz incə, “pişim-pişim”lə etməlidir , əhalinin ovqatını da nəzərə almalıdır. Heç olmasa hansısa yumşalmalara gedildiyini deməlidir; sms-icazə 3 saata çatdırılmalı, tək gəzməyə icazə verilməli, gözəllik salonları, bərbərxanalar açılmalıdır və s .
Səbri, maddi imkanı tükənən insanlara həssaslıq göstərmək lazımdır. Açıq görünür ki, adamlar yorulub , nəfəs almaq istəyir…

Günay
Gununsesi.org