“Səddamı öldürdüyümə görə peşiman deyiləm” - Səddamın cəlladından şok açıqlama

  • By admin
  • 14 Sentyabr 2016 14:26
sadd-1
 
Səddam Hüseyni öldürdüyümə görə peşiman deyiləm”.
Gununsesi.info “Haberturk”-ə istinadən xəbər verir ki, İraqın Milli Təhlükəsizlik orqanının rəhbəri Mofak Rubayi  10 il bundan öncə 2006-cı ildə Səddam Hüseynin  edam anlarını  xatırladıb və onu öldürdüyü üçün də peşman olmadığını bəayn edib.
M. Rubayi deyib ki, Səddam 2006-cı ilin Qurban bayramının səhərisi gün  edam edildi. “Səddamı qapıda qarşıladım. Qapıdan bizdən başqa heç bir  ABŞ və ya xarici ölkə nümayəndəsi insan içəri girmədi. Səddam çəkələk və ağ köynəkdə idi.  Səddam çox soyuqqanlı və sakit idi, özünü normal aparırdı, hər hansı panik içində deyildi, üzündə qorxu hissi yox idi”- deyə, M. Rubayi vurğulayıb.M. Rubayi onu da əlavə edib ki, bir çoxları Səddamın o anda hər hansı narkotik və ya alkoqol qəbul etdiyini dilə gətirməyimi istəyir: “Ancaq  dediklərim tarixi bir gerçəklikdir və  o,  edam olunarkən nə narkotik maddə, nə dəki alkoqolu içki qəbul etmişdi.
Mən ondan hər hansı peşmanlıq və ya Allahdan əfv olunması, bağışlanması ilə bağlı dua eşitmədim. Nə bir namaz qılmasını gördüm, nə  də dua etdiyin duydum”.
M. Rubayi deyib ki, Səddam edam kürsüsünə çıxarılmazdan öncə əlində Qurani-Kərimi apardığının şahidi olub. “Səddamı edam qərarının oxunması üçün prokuror otağına apardım. O, edam qərarına eşidincə “Amerikaya ölüm”, “İsrailə ölüm”,  “Farsi Mecusilərə ölüm”, “Yaşasın, Fələstin” şüarı səsləndirdi”.
 Səddamın edam edilməsi anında ciddi xətaların olduğunu dilə gətirən M. Rubayi deyib ki,  Səddam edam  kürsüsünə çıxarılarkən ayaqları bir-birinə bağlıydı və pillələri çıxarkən çətinlik çəkirdi: “Ona görə də onu mən və yanımdakılar yardım edərək edam kürsüsünə qaldırdıq”.
M. Rubayi əlavə edib ki, Səddam edam edildikdən sonra, onun cəsədini  ABŞ təyyarəsi ilə Bağdadda hökumət binalarının yerləşdiyi “Yaşıl bölgə”də İraqın baş nazir Nuri əl-Malikinin qaldığı evə gətiriblər: “Təyyarə dostlarla dolu olduğundan Səddamın tabutunu yerə qoyduq və Əl-Malikinin evinə götürdük. Əl-Maliki də bizi təbrik etdi”.
M. Rubayi onu da deyib ki, Səddamın edam sürəsində Maliki ilə ABŞ prezidenti Çorc  Buş arasında görüntülü  bir görüşü oldu: “Buş Malikiyə “Bu canini (Səddamı) nə edəcəksiniz”- deyə,  soruşarkən, Maliki də  “Edam edəcəyik”- dedi. Buş da bundan sonra baş barmağını qaldırmaqla Malikini fikrini təsdiqlədi”.
Qeyd edək ki, Səddam Hüseyn 2006-cə ildə Qurban bayramında səhərə yaxın edam edilib.
sadd
Gununsesi.info