Səfər Mehdiyev gömrükçülərlə vidalaşdı - SABİQ KOMİTƏ SƏDRİ KABİNETİNİ BOŞALTDI

  • By admin
  • 18 İyul 2022 11:12

Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyev bu gün səhər saatlarında komitəyə gəlib.

Bu barədə Gununsesi.info-nu Gömrük Komitəsininin adının çəkilməsini istəməyən əməkdaşlarından biri məlumatlandırıb.

Məlumata görə, Səfər Mehdiyev komitə rəhbərliyindəki yaxınları ilə vidalaşıb.

Həmçinin keçmiş sədrin köməkçiləri və sürücüsü ona aid olan hədiyyələri və əşyaları iş otağından götürüb.

 

Günay 

Gununsesi.info