Səfər Mehdiyevin Ukraynaya mənfi münasibəti nədən qaynaqlanır? - GÖMRÜK KOMİTƏSİ İNDİ DƏ QAÇQINLARIN MAŞININI ÖLKƏYƏ BURAXMIR

  • By admin
  • 10 May 2022 11:28

Azərbaycan Gömrük Komitəsinin ictimai qınaq doğuran və bir çox hallarda qanunsuzluqlara söykənən fəaliyyəti ənənə halını almaqdadır.
Bir müddət əvvəl Ukraynaya məxsus yük maşınlarından əlavə ödənişlər tələb edən gömrük bu dəfə ölkəmizə pənah gətirən qaçqınlara problem yaradıb.

Gununsesi.info-nun xəbərinə görə, Gömrük Komitəsi Azərbaycana gələn ukraynalı qaçqınların avtomobilini ölkə ərazisinə buraxmır.
Belə ki, müxtəlif bürokratik maneələr yaradan gömrük orqanı onları sərhədlərdə saxladır.

Onu da vurğulayaq ki, Rusiyanın hərbi cinayətlərindən xilas olmaq üçün başqa ölkələrə üz tutan Ukrayna vətəndaşları arasında soydaşlarımız da var.
Dövlət Gömrük Komitəsinin bu hərəkəti Qaçqınların statusu haqqında Konvensiyanın 8, 13 və 17-ci maddələrinin kobud şəkildə pozulmasıdır. DGK-nin belə davranışı beynəlxalq öhdəliyin pozulmasıdır və məsuliyyət yaradır.

Elmar Elnuroğlu

Gununsesi.info