Səfərbərlik Xidmətinin rəisi Naxçıvanda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov sentyabrın 25-də Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, qəbul Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.

Vətəndaşların qəbulu müəyyən edilmiş gün saat 10:00-da başlayır.

 

 

Gununsesi.info