Səfir itkin düşən tələbələrin valideynləri ilə görüşəcək

  • By admin
  • 09 Fevral 2023 12:04

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Malatyaya gedir, o, itkin düşmüş azərbaycanlı tələbələrin valideynləri ilə görüşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə səfir R.Məmmədov özü məlumat verib.

O bildirib ki. fevralın 6-da Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən sonra Malatyada itkin düşmüş azərbaycanlı tələbələrin axtarışları davam edir.

Səfir deyib ki, bununla əlaqədar Türkiyənin Malatya şəhərində səfər edəcək və itkin düşmüş 4 tələbənin Malatyaya gedən valideynləri ilə görüşəcək.

Səfir “Report”a bildirib ki, dağıdıcı zəlzələnin zərər və itkilərinə məruz qalan Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq üçün, eləcə də təbii fəlakət baş verdiyi ilk gündən qardaş Türkiyəyə dəstək verən Azərbaycanın səlahiyyətli nümayəndəsi olaraq zələzələnin baş verdiyi bölgələrlə sıx əlaqə qurmaq məqsədilə zəlzələnin təsirindən dağıntıya məruz qalan ərazilərə gedəcək.

Gununsesi.info