Səfirin səlahiyyət müddəti başa çatdı

  • By admin
  • 30 İyun 2016 19:08

cosqun

 

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunun diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.

Elmar Məmmədyarov iyunun 28-də İstanbulun Atatürk hava limanında törədilmiş qanlı terror aktı ilə əlaqədar həmkarı Mövlüd Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu göndərdiyini qeyd edərək, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

Səfir Alper Coşqun diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Alper Çoşquna iki ölkə arasında əlaqlərin inkişafına verdiyi töhfəsinə görə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Gununsesi.info