Səfirlər Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir

  • By admin
  • 20 Fevral 2017 16:24
xinnnnn
 
Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının  şimal-qərb bölgəsindəki Şəki və Qax rayonlarına səfərdədirlər.
Bu barədə məlumat Gununsesi.info-ya XİN mətbuat xidmətindən verilib.
Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən 20-21 fevral tarixlərində ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunur.
Səfər çərçivəsində diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcək, yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları ilə tanış olacaqlar.
Mürtəza 
Gununsesi.info