Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi

  • By admin
  • 22 Yanvar 2021 09:50

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 2020-ci ilin yanvarın 1-dən etibarlılıq müddəti bitmiş və ya sonra bitən pasportların etibarlılıq müddəti bu ilin iyulun 1-dək uzadılmış hesab olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

“Xahiş olunur nəzərə alasınız ki, etibarlılıq müddəti bitmiş pasport ilə beynəlxalq sərhədləri keçmək mümkün deyil. Bunu nəzərə alaraq, Azərbaycana səfər edəcəyiniz halda, səfirlik vasitəsilə qayıdış şəhadətnaməsi üçün müraciət etməyiniz xahiş olunur”, – diplomatik nümayəndəlikdən bildirilib.

Gununsesi.info