“Şəhər ərazisində yüzlərlə cəsəd qalıb” - XERSONUN MERİ

  • By admin
  • 02 Mart 2022 10:18

“Ukraynanın Xerson şəhərini ələ keçirən Rusiya ordusu hazırda çayın limanını və dəmiryol vağzalını nəzarətə götürüb. Dünən gecə şəhərdə sakitlik olub, yalnız tək-tək atışma səsləri eşidilib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Xerson şəhərinin meri İqor Kolıxayev məlumat verib.

İ.Kolıxayev həmçinin Ukrayna prezidentindən şəhər ərazisində qalan yüzlərlə cəsədin çıxarılması üçün “yaşıl dəhliz” təşkil edilməsini xahiş edib.

Şəhərin meri həmçinin əlavə edib ki, onların sərəncamında olan anbarlar şəhərdən kənarda yerləşdiyindən Xersona ərzaq gətirməyə ehtiyac var.

 

 

 

Gununsesi.info