Şəhər meri rüşvət alarkən tutuldu - O, SAXTA SƏNƏD DÜZƏLTMƏK İSTƏYİRMİŞ

  • By admin
  • 08 Dekabr 2017 22:35

Krasnodar diyarının Tuapse şəhər administrasiyasının rəhbəri Aleksandr Çexov rüşvət alarkən tutulub.

Gununsesi.info xəbər verir ki, dekabrı 7-də hüquq-mühafizə əməkdaşları şəhər merini Krasnodar hava limanında  əlində bir bağlama ilə saxlayıblar. Həmin bağlamada külli miqdarda pul olduğu bildirilir. A.Çexov özü isə deyib ki, guya bağlamanı ona ad günü münasibətilə bir dostu bağışlayıb və içində nə olduğunu bilmir.

Lakin RF İstintaq İdarəsinin Krasnodar diyarı üzrə şöbəsindən A.Çexov tərəfindən rüşvətin alınma faktının rəsmən qeydə alındığı bildirilib. Şəhər merinin rüşvəti Tuapsedəki evlərdən birinin guya qəzalı olması haqda saxta rəsmi rəy verilməsi üçün aldığı iddia edilir.  Müvafiq maddələrlə cinayət işi qaldırılıb araşdırma aparılır.
Gununsesi.info