Şəhid ailələri və qazilər Qran-Prini izləyir - VİDEO

  • By admin
  • 11 İyun 2022 09:44

Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran-Prisi ikiillik fasilədən sonra yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.

Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, iyunun 10-12-də keçirilən möhtəşəm Bakı yarışının tamaşaçıları arasında İkinci Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz dəvət olunub. Fəxri qonaqlar Azərbaycan Qran-Prisinin həyəcanını izləyə biləcək.

Qırx dörd günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, Bakı şəhər halqasının azarkeşləri sırasında görmək qürurvericidir.

Gununsesi.info