Şəhid ailəsi statusunun verilməsi qaydası dəyişdi

  • By admin
  • 16 Noyabr 2022 14:43

Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Fövqəladə Hallar Nazirliyinin verdiyi arayışlarla da təsdiq olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Fövqəladə Hallar Nazirliyi şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edəcək.

Gununsesi.info