Şəhid ailəsinə verilən təqaüd 600 manata QALDIRILDI

  • By admin
  • 13 Yanvar 2023 10:47

Şəhid ailəsi üçün Prezident təqaüdünün məbləği artırılıb.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

İndiyədək bu məbləğ 500 manat idi.

Gununsesi.info