Şəhid ailəsindən pul alıb reportaj hazırlayan “jurnalistlər” kimdir?

  • By admin
  • 10 İyul 2021 09:50

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə şəhid ailələrindən pul alaraq, övladları haqqında sujet, məqalə hazırlayan bir qrup şəxs haqqında xəbərlər tirajlanır.
İddia olunur ki, özünü jurnalist kimi təqdim edən həmin şəxslər rayonları, kəndləri gəzərək şəhid ailələrinin evlərinə yollanır, şəhidlərimizlə bağlı çəkiliş edirlər. Qarşılığında isə müəyyən məbləğdə pul tələb edirlər. Sosial mediada həmin “jurnalist”lərin qurbanı olan şəhid ailələrinin siyahısı da yayılıb.

Məsələdə adı hallanan şəxslərdən biri – Rübabə Vəliyeva bu məlumatlar yayılan kimi, sosal şəbəkə hesabını bağlayıb.
Baku TV-yə açıqlamasında isə barəsində deyilənləri təkzib edib.

Od olmayan yerdən tüstü çıxmaz deyib atalarımız. Necə oldu ki, ölkədə bu qədər media qurumu və jurnalist var ikən şəhid ailələri heç kimin tanımadığı və cəmi 200-300 izləyicisi olan sıradan bir yutub kanalının əməkdaşlarına şər atdılar? Halbuki şəhid ailələri övladlarının nakam ruhunu şad etmək üçün son qəpiklərindən belə keçməyə hazırdılar.

Gununsesi.info