Şəhid anaları ilk şəhidlərimizi yad edəcək

  • By admin
  • 13 Sentyabr 2022 09:45

Vətən Müharibəsindən sonra silsilə layihələrini şəhidlər və onların əmanətlərinə həsr edən Fire Land Production müharibənin başlanması tarixinin ikinci ildönümündə daha bir tədbirlə vətənsevərləri bir araya topladı.

İndiyə kimi 1700-ə yaxın çox şəhid əmanəti “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinə cəlb edərək onlara qayğı və ehtiram nümayiş etdirən təşkilatçılar hər zaman Heydər Əliyev Fondundan böyük dəstək görmüşlər.

Son tədbirlərdən biri Heydər Əliyev Mərkəzinin qarşısında keçirildi, 400-dən çox şəhid yaxını yüksək səviyyədə qarşılandı və şəhid əmanətləri onlara göstərilən bu qayğıdan məmnuniyyətlərini ifadə etdilər. “Mənim oğlum qəhrəmandır” layihəsinin növbəti məramı 30 il ərzində Qarabağ uğrunda canından keçən bütün şəhidləri xatırlamaq, onlara bərabər səviyyədə diqqət göstərməkdir.

Şəhidlərin hansısa zaman kəsiminin deyil, Azərbaycan tarixinin yaddaşına həkk olunan qəhrəmanlar olduqlarına diqqət çəkmək layihənin əsas məqsədlərindən biridir. Bunun üçün 13 sentyabr 2022-ci il saat 10:15-də Şəhidlər Xiyabanına toplanan Vətən müharibəsi şəhidlərinin anaları Birinci Qarabağ Müharibəsinin şəhidlərini yad edəcəklər. Onların adına dualar ediləcək. Cəmi bir-neçə saat sonra isə şəhidlərin adına bişirilən ehsan paylanacaq.

Sonra 150-yə yaxın şəhid anası avtobuslarla Bayılda yerləşən Manqal Steak Housa doğru yola çıxacaq. Orada şəhidlərimizə ehsan süfrəsi açılacaq. Şəhid anaları öz əlləri ilə halva çalacaq. Tədbiri tanınmış aparıcılar Nailə İslamzadə və Lalə Azərtaş idarə edəcək.

Gununsesi.info