Şəhid anası vəfat etdi

  • By admin
  • 03 Oktyabr 2022 11:47

Vətən müharibəsi şəhidi, baş gizir Ramil Quliyevin anası dünyasını dəyişib.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası Yazxanım Quliyeva yaşadığı Kürdəmir rayonunun Qarasu kəndində vəfat edib. Onun xəstəlik səbəbindən öldüyü məlum olub.

Qeyd edək ki, Ramil Nuralı oğlu Quliyev 1981-ci ildə Kürdəmirdə anadan olub. 2020-ci ilin sentyabrın 30-u Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub. Xidmət vaxtı və ölümündən sonra çoxsaylı medallarla təltif edilib.

Gununsesi.info