Şəhid atasının evi yanıb kül oldu -Video

  • By admin
  • 20 Oktyabr 2021 23:31

Qaxda şəhid atasının evi tamamilə yanıb.

Gununsesi. info “Qafqazinfo”nun məlumatına istinadən xəbər verir ki,yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Qaxbaş kəndində, Heydərov Nazim Paşa oğluna məxsus evdə baş verib.

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 120 kvadrat metr olan kürsülü ev içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğın yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, Nazim Heydərovun oğlu Müslüm Heydərov vətən uğrunda şəhid olub.

Gununsesi. info