Şəhid baş leytenant Kamran Hüseynov dəfn edilib

  • By admin
  • 06 Mart 2023 09:36

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn edilib.

Gununsesi.info xəbər verir ki, şəhid doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, 1995-ci ildə Neftçala rayonunda anadan olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub.

Gununsesi.info