Şəhid Elvin Salahovun xatirəsi yad edilib - FOTOLAR

  • By admin
  • 20 Sentyabr 2022 11:42

Yasamal rayonu ictimaiyyəti Vətən müharibəsinin şəhidi Elvin Salahovun xatirəsini yad edib.

Doğum günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, rayon ictimaiyyəti, şəhidin yaxınları və Vətən müharibəsi qaziləri şəhidin məzarını ziyarət eiblər. Burada dualar oxunub və şəhidin şərəfli döyüş yoludan danışılıb.

Salahov Elvin Sabir oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı ,”Vətən uğrunda” medalı, “Xocavəndin azad olunması uğrunda” medalı, “Kəlbəcərin azad olunması uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Gununsesi.info