Şəhid jurnalistin ailəsi üsyan etdi

  • By admin
  • 24 May 2016 16:29

bina

190 saylı məktəb daha şəhid jurnalist  Osman Mirzəyevin adını daşımayacaq

190 saylı məktəb daha şəhid jurnalist  Osman Mirzəyevin adını daşımayacaq. Gununsesi.info-nun xəbərinə görə, bu haqda onun qızı Sevinc Osmanqızı facebook səhifəsində yazıb: “Atam Osman Mirzəyevin adı onun məzunu olduğu və 25 ildən bəri adını daşıyan 190 nömrəli məktəbin üzərindən götürülüb. Məktəbin içərisində onun həyat yolunu işıqlandıran guşə isə Heydər Əliyev muzeyi ilə əvəz edilib.Vətən uğrunda canından keçən şəhidə hörmət budurmu? Bunu edənlər bu məktəbin tarixini, onu nümunəvi etmək üçün 40 il can qoymuş direktoru Sona Tağıyevanı, veteran müəllimlərini tanıyırlarmı? Axı bu məktəb mən də daxil, bir deyil,bir neçə nəsil 190-çının həyatının ayrılmaz hissəsidir. Bu tarixi necə silib atmaq olar?” daha sonra yaşadıqları ata mülkünün sökülməsindən yazan S. Osmanqızı bildirib ki, iki gündə ikinci ağır xəbər alıb: “Atamın adının məktəbdən götürülməsinin ardınca onun “Sovetski” məhəlləsindəki ata yurdu da söküldü. Bu, Osman Mirzəyevin yaşadığı köhnə Çadralı, indiki M.A.Əliyev, 102 ünvanındakı qədim evin şəklidir. Onu bərpa etmək, ev muzeyi yaratmaq əvəzinə yerlə yeksan etdilər”.