Şəhid olan hərbçimiz Ağstafada dəfn ediləcək

1998-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafa rayon Vurğun qəsəbəsi sakini olub.

Gununsesi.info xəbər verir ki, o iki ilə yaxındır ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş.

Şəhid O.Novruzəlizadə subay olub, bir qardaşı və iki bacısı var.

Qeyd edək ki, şəhidin atası təsərrüfatla məşğul olur, anası isə ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində dünyasını dəyişib.

 

Gununsesi.info