Şəhid Orxan Əsgərovun dəfn tarixi müəyyənləşdi

  • By admin
  • 29 Yanvar 2023 21:17

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror zamanı şəhid olan Orxan Əsgərovun dəfn tarixi müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, Orxan Əsgərovun cənazəsi Bakıya gətiriləndən sonra Təzəpir məscidinə aparılacaq, daha sonra ailəsinə təhvil veriləcək.

Dəfn mərasimi yanvarın 30-da keçiriləcək.

Şəhidimiz II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhidin nəşini gətirən təyyarə artıq Bakıya yola düşüb.

Gununsesi.info