Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir - VİDEO/FOTOLAR -YENİLƏNDİ

  • By admin
  • 06 Mart 2023 12:31

Şəhid Şəhriyar Əlibəylinin cənazəsi İkinci Şəhidlər xiyabanına gətirilib.

Gununsesi.info xəbər verir ki, şəhidin cənazə namazı qılınıb.

10:20

Müdafiə Nazirliyinin rəsmiləri şəhid Şəhriyar Əlibəylinin vida mərasiminə gəliblər.

Gununsesi.info xəbər verir ki, 1994-cü il təvəllüdlü şəhid Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi davam edir.

09:28

 

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlunun nəşi Yasamal rayonunda yaşadığı evə gətirilib.

Gununsesi.info xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı evdə keçirilir.

Şəhidimiz İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.

 

Gununsesi.info