Şəhidimiz Ağstafada dəfn edildi

  • By admin
  • 17 Sentyabr 2022 21:12

Azərbaycan Ordusunun ermənilərin sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan əsgəri Eşqin Omarov dəfn edilib.

Gununsesi.info-nun xəbərinə görə, şəhid Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində torpağa tapşırılıb.

Mərhumla vida mərasimi ailəsinin yaşadığı evə keçirilib.

Vida mərasimindən sonra şəhid Aşağı Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.

Mərasimdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, E.Omarovun ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, Omarov Eşqin Nəsib oğlu 2003-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. E.Omarov 1 ilin əsgəri olub.