Şəhidimiz doğulduğu kənddə anıldı - FOTOLAR

  • By admin
  • 21 Oktyabr 2022 09:31

Şəhid Tural Abbasov doğulduğu kənddə anılıb.

Gununsesi.info xəbər verir ki, 44 günlük Vətən Müharibəsinin şəhidi Tural Abbasovun doğum günü ilə əlaqədar olaraq, Şəmkir rayonunun Qılıncbəyli kəndində tədbir keçirilib.

Tədbirdə, şəhid ailələri, qazilərlə yanaşı, Qılıncbəyli kənd rəhbərliyi, kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir Qılıncbəyli kəndində yerləşən şəhidləriin xatirəsinə ucaldılmış abidə kompleksi önündə baş tutub.

Tədbir iştirakçıları əvvəlcə, vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra qəhraman şəhidimiz Tural Abbasovun keçdiyi döyüş yolundan danışılıb. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gununsesi.info