Şəhidimizin anası dünyasını dəyişdi?

  • By admin
  • 04 Avqust 2022 10:49

Ötən gün Qarabağın dağlıq hissəsindəki erməni separatçı, terrorçu quldur dəstələrinin təxribatı nəticəsində şəhid olan Anar Kazımovun dəfn xərcləri və qəbrinin üstünün götürülməsi dövlət tərəfindən həyata keçiriləcək.

Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib.

Qurumdan verilən məlumata görə, bu istiqamətdəki bütün xərclər dövlət tərəfindən ödəniləcək:

“Bununla bağlı bütün məsələlər Şəmkir Rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir”.

Rayon İcra hakimiyyətinin rəsmisi şəhidimizin anasının oğlunun vəfatına dözməyərək dünyasını dəyişməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib:

“Belə bir şey yoxdur, yalandır. Şəhid Anar Kazımovun anası dünyasını dəyişməyib”.

Gununsesi.info