Şəhidlərin məzarına qoyulan güllər oğurlandı - VİDEO

  • By admin
  • 16 Yanvar 2023 14:59

İkinci Fəxri xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllər oğurlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Lent.az-a Qarabağ müharibəsi şəhidi Nurəhməd Hacıbəy oğlu Ulubəyovun yaxınları məlumat veriblər.

Şəhid yaxınlarının dediyinə görə, məzarların üstündəki güllərin oğurlanması ilk dəfə baş vermir:

“Biz tez-tez belə hallarla qarşılaşırıq. Dəfələrlə bu barədə polisə məlumat vermişik. Hətta gül oğruları videomüşahidə kameralarına da düşüb. Həmin görüntüləri də polisə təqdim etmişik. Bu xırda hadisə kimi görünsə də, şəhid ailələrinə çox böyük hörmətsizlikdir”.

Xatırladaq ki, xiyabanın sözügedən ərazisində mühafizə fəaliyyət göstərir.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info