Səhiyyə naziri itkin düşdü Səhiyyə naziri itkin düşdü - FOTO

  • By admin
  • 09 May 2021 20:16

Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Kommerçeskie vesti” məlumat yayıb.

Qeyd edilir ki, nazir mayın 7-də ova gedib. Polisin məlumatına görə, 49 yaşlı Aleksandr Muraxovski həmin gün itkin düşüb. O, Bolşeukovsk rayonunun Pospelovo kəndində yerli vaxtla saat 16:00-da çıxıb və geri qayıtmayıb. Muraxovskinin axtarışı ilə əvvəlcə tanışları, yaxınları məşğul olublar, mayın 8-dən axtarışlara polis əməkdaşları, qvardiya, ov müfəttişləri və yerli sakinlər qoşulublar.

Axtarışlar ərazinin çətin relyefi və bataqlıq olması səbəbindən ağırlaşıb.

Gununsesi.info