Səhiyyə naziri uşaqlarda mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirdi

  • By admin
  • 28 Aprel 2022 13:56

Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında yayılan mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, o, hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını bildirib:

“Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”, – nazir vurğulayıb.

Gununsesi.info