Səhiyyə Nazirliyi açıqladı: 30 min nəfərə...

  • By admin
  • 27 Noyabr 2021 11:12

Bu günə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib.

Bu barədə Gununsesi.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, həmin vətəndaşlar müvafiq sertifikatla təmin olunub.

“Səhiyyə Nazirliyinin sosial şəbəkə hesablarına əks-göstəriş sertifikatları ilə bağlı daxil olan çoxsaylı müraciətlərə cavab olaraq bildiririk ki, bugünə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib”, – məlumatda qeyd edilir.

Gununsesi.info