Səhiyyə Nazirliyindən dərman reklamı AÇIQLAMASI: “Məsuliyyət daşımırıq”

  • By admin
  • 09 Noyabr 2019 17:31

Səhiyyə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qurumun adından istifadə edərək dərmanların reklam olunmasına münasibət bildirib.

Gununsesi.org xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, bu reklamların onlara heç bir aidiyyəti yoxdur.

Bildirilib ki, nazirlik sözügedən reklamın yayılmasına görə məsuliyyət daşımır: “Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib.”.