Səhiyyə Nazirliyinin yeni prioritetləri AÇIQLANDI

  • By admin
  • 05 Noyabr 2021 14:08

“Məlum olduğu kimi, Səhiyyə Nazirliyinin Ekspert Şurasının və Tibbi Elmi Şuranın qərarına əsasən, Azərbaycanda könüllü olaraq, hər iki valideynin razılığı əsasında xüsusən də xroniki xəstəlikləri olan 12-18 yaşlı uşaqlara “Pfizer” vaksini tətbiq edilir”.

Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədə yetərincə bütün vaksin növlərindən var: “Nəinki yerli vətəndaşlar, həmçinin ölkədə daimi yaşayış haqqını qazanmış şəxslər də istənilən vaksini seçib vaksinasiya prosesindən keçə bilər. Bu, böyük nailiyyətdir. Bildiyiniz kimi, koronavirus daim mutasiyaya uğrayır. Onun “delta”, “delta+” və digər ştamları aşkarlanır və ölkədə buna görə analizlər aparılır. Bu, daimi prosesdir və ondan qorxmaq lazım deyil. Sadəcə hazır olmalıyıq və anlamalıyıq ki, xəstəlik hələ bitməyib”.

Teymur Musayev 2022-ci il üçün Azərbaycan səhiyyəsində gözlənilən yeni prioritetləri də açıqlayıb: “Yeni əsas proritetlər bunlardır – həmişəki kimi ana və uşaq, Vətən müharibəsi qazilərinin, şəhid ailələrinin üzvlərinin sağlamlığı, onlara dəstək və bir neçə iri, müasir layihələrin həyata keçirilməsi”.

Gununsesi.info