Səhiyyə xərcləri ARTIRILIR

  • By admin
  • 25 Oktyabr 2022 12:59

2023-cü il dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsait açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Sənəddə bildirilib ki, səhiyyə sahəsinə 1 906 389 453 manat vəsait ayrılması proqnozlaşdırılır.

Bu göstərici 2022-ci illə müqayisədə 11,5 faiz çoxdur. Ötən il səhiyyə xərcləri üçün 1 708 797 316 manat vəsait ayrılıb.

Məlumata görə, vəsaitin 1 802 885,0 manatı poliklinikalar və ambulatoriyalara, 171 384 285, 0 manatı xəstəxanalara, 2 517 963, 0 manatı səhiyyə sahəsində tədqiqatlara, 1 730 684 320,0 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərə, o cümlədən icbari tibbi sığorta fonduna (1 263 820 170,0 manat) ayrılacaq.

Gununsesi.info