Səhlənkarlığına görə lotereyada udduğu 28,5 milyon dollarını itirdi – FOTO

  • By admin
  • 02 Aprel 2021 10:54

Braziliyada Yeni ildə oynanılan “Mega da Virada” lotereyasının qalibi mükafatını götürmək üçün “Caixa Economica Federal” bankın ofisinə gəlmədiyi üçün 28,5 milyon dollarını (48,4 milyon manat) itirib.

Bu bərədə “Globo TV” xəbər verir.

Bildirilir ki, mükafatı götürmək müddəti aprelin 1-i bitirdi.

Bu məbləğ lotereya tarixində ən böyük “unudulmuş” mükafat sayılır.

Qalibin San-Paulodan olduğu məlumdur. Ancaq müsabiqənin qaydalarına görə, qalib mükafat üçün müraciət etmirsə, vəsait Ali Təhsilin Maliyyələşdirilməsi Fonduna göndərilir.

Qeyd edək ki, Yeni il çəkilişinin cekpotu – 57 milyon dollar (96 900 000 manat) – çəkiliş tarixinin ən böyük uduşu olub. Mükafat iki iştirakçı arasında bölünüb. Arakaju şəhərindən olan digər qalib mükafatını vaxtında götürüb.

Gununsesi.info