Şəhriyar Əbilovdan kişilərə ÇAĞIRIŞ: “Artıq “Instagram” səhifəniz olmasın”

  • By admin
  • 18 İyun 2022 20:33

“İkimiz də dinamik və lider xasiyyətdə insanlarıq. İyirmi illik dostuq, bilirik, harada “stop” verək. Hər gün də oğlumuzu götürüb gəzməyə gedirik. Onun hər nəfəsi bizə bir xoşbəxtlikdir”.

Gununsesi.info  xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov rəqqasə-aktrisa Oksana Rəsulova ilə evliliyindən danışarkən deyib.

Şəhriyar Oksananın ona qoyduğu qadağanı açıqlayıb:

“Evdə Oksana tərəfindən senzura var – uşağın fotosunu çox paylaşmaq olmaz. Göz, mənfi enerji var. Uşağın səhhətinə təsir edir. Ona görə də fotosessiya etmirik. İstəmirik uşaqla reklam olunaq.

Oksana qısqancdır. Amma artıq hər şeyi dərk edirik, münasibət yolundadır. Oksana qısqanclığını bildirmir. Kişilərə deyirəm ki, artıq “Instagram” səhifəniz olmasın, ehtiyatlı olun. Təki hamının gözü xoşbəxtlikdən kor olsun, sağa, sola baxmasınlar”.

Şəhriyar qız atası olmaq istədiyini söyləyərək: “Kim istəməz, qız atası olsun? Qızlar ataları ilə daha yaxşı dost olurlar”, – sözlərini əlavə edib.

Gununsesi.info