Şəhriyar qələbə qazandı, ikinci pilləyə yüksəldi

  • By admin
  • 29 Yanvar 2022 21:10

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən “Tata Steel Chess” turnirində XII turun görüşünü keçirib.

Gununsesi.info xəbər verir ki, rəqib hindistanlı Vidit Santoş Qucrati olub. Qara fiqurlarla oynayan Məmmədyarov 38-ci gedişdə rəqibini məğlub edib.

Bununla da azərbaycanlı qrossmeyster 12 oyundan sonra xalını 7,5-ə çatdırıb və hələlik 2-ci pilləyə yüksəlib.

Gununsesi.info