“Səhvim oldu, prezident də çıxardı” – Arif Qasımov

  • By admin
  • 11 İyul 2020 16:43

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.

Gununsesi.org bildirir ki, Unikal.org-a açıqlama verən Arif Qasımov prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib:

“Cənab prezidentin verdiyi qərar bizim tacımız, qəbulumuzdur. Səhvim oldu, cənab prezident də məni vəzifəmdən azad etdi”.

Gununsesi.org