Şəkər xəstələrinə şad xəbər - Bunu yeyə biləcəklər

Penninqton Biotibbi Tədqiqatlar Mərkəzinin (Luiziana, ABŞ) alimləri kartofun sağlamlıq üçün inanılmaz faydasını müəyyən ediblər. Məlum olub ki, bu tərəvəz mühüm mikroelementlərlə zəngindir və heç də əvvəllər düşünüldüyü kimi piylənmə və şəkərli diabet riskini artırmır.

Gununsesi.info xəbər verir ki, araşdırmanın nəticələri “Journal of Medicine Food”da dərc olunan məqalədə bildirilir.

Qeyd edək ki, mütəxəssislər tədqiqat zamanı 18-60 yaş arası, artıq çəki, piylənmə və ya insulinə davamlı 36 iştirakçının məlumatlarını öyrəniblər.

Birinci qrupdakı könüllülərdən lobya, noxud, ət və ya balıq da daxil olmaqla mövcud qidalardan ibarət bir pəhriz yemək, ikinci qrupda isə ət və ya balıqla birlikdə ağ kartofu pəhrizə daxil etmək tələb olundu. Pəhrizlərin hər biri meyvə və tərəvəzlə zəngin idi. Ənənəvi ət qəbulunun 40 faizi lobya, noxud və ya kartofla əvəz edildi. Əvvəlki araşdırmalar lobya və noxudun 2 tip diabetli insanlarda qan qlükoza səviyyəsini yaxşılaşdırdığını sübut etdi. Lif tərkibini artırmaq üçün kartof qabığı ilə qaynadıldı və sonra 12-24 saat soyuducuda saxlanıldı.

Son nəticələrə əsasən məlum oldu ki, kartof pəhrizi, lobya və noxud üstünlük təşkil edən pəhriz yeməkləri bədən üçün eyni dərəcədə faydalıdır və əslində sağlamlıq baxımından da əhəmiyyətli bir fərq yoxdur.

Ayşən Rəhim