Şəki sakinini cərəyan vurub öldürdü

  • By admin
  • 11 Sentyabr 2022 21:09

29 yaşlı kişini elektrik cəryanı vuraraq öldürüb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Şəkinin Baş Zəyzid kəndində baş verib.

Kənd sakini 1993-cü təvəllüdlü Azər Seyidməmmədov elektrik dirəyində iş görən zaman onu elektrik cəryanı vurub. A. Seyidməmmədov aldığı ağır elektroşok xəsarətindən hadisə yerindəcə ölüb.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info