Şəkidə 23 yaşlı oğlan dəm qazından zəhərlənib

  • By admin
  • 05 Fevral 2017 19:05

qaz

 

Şəkidə 23 yaşlı oğlan dəm qazından zəhərlənib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) Gununsesi.info-ya verilən məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Baş Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Nüvər Hikmət oğlu Qasımov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 23 yaşlı N. Qasımov yaşadığı evin vanna otağında çimərkən oraya isinmək üçün qoyulmuş kömür kürəsindən ayrılan dəm qazından zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N. Qasımova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

 

 

 

Gununsesi.info