Şəkidə 50 yaşlı kişi qətlə yetirildi

  • Müəllif: Firuzə
  • 15 Noyabr 2025 20:19

Şəkidə 50 yaşlı kişi öldürülüb.

Gununsesi.infonun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki rayonunun Turan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 50 yaşlı Mehman Bayramov kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info