Şəkidə “AzAgro” MMC-yə məxsus avtomobil yanıb

  • By admin
  • 01 Avqust 2021 22:37

Şəkidə avtomobil yanıb.

Gununsesi.info xəbər verir ki, bu gün günorta saatlarında rayonun Babaratma kəndinin ərazisində “AzAgro” MMC-yə məxsus, Hümbət Saleh oğlu Əhmədovun idarə etdiyi “Chevrolet” markalı, 90-AF-724 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Avtomobilin yanar konstruksiyaları yansa da, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.