Şəkidə “Mercedes” sürücüsünün səhvi ağır qəzaya səbəb oldu - VİDEO

  • By admin
  • 28 Mart 2023 13:26

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisənin videogörüntüləri sosial şəbəkədə yayılıb.

Görüntülərdən məlum olur ki, hərəkətdə olan VAZ-21099 markalı avtomobil dönmə əməliyyatını səhv yerinə yetirən “Mercedes-Benz” markalı avtomobilə çırpılır. Nəticədə VAZ-21099 markalı avtomobil aşıb.

Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, qəzada ölən və yaralanan olmayıb.

Hadisənin görüntülərini təqdim edirik:

Gununsesi.info