Şəkidə qonşu-qonşunu GÜLLƏLƏDİ

  • By admin
  • 19 Fevral 2022 11:15

Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P. İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Gununsesi.info