Səksən yaşlı qadın 68 saat sonra işığı gördü… -VİDEO

Hatayın İskəndərun vilayətində dağıntılar altında qalan 80 yaşlı qadın axtarış-xilasetmə qrupu tərəfindən xilas edilib.

Gununsesi.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, beşmərtəbəli binanın dağıntıları altında axtarış aparılarkən yaşlı qadının fəryadı eşidilib. 4 saat davam edən xilasetmə işlərinin sonunda Şaziye Kalaağzı yaralı halda çıxarılıb.

Dağıntılar altından 68 saat sonra xilas edilən Kalaağzı xəstəxanaya aparılıb.

Gununsesi.info