“Sələmçi deputat” barəsində daha bir məhkəmə qərarı -İFŞA

  • By admin
  • 21 Avqust 2016 21:34

RUFET

Son günlər “sələmçi deputat” ayaması ilə ictimailəşən Milli Məclisin üzvü Rüfət Quliyevin adı gündəmdən düşmür. Belə ki, “Deputatın statusu haqqında” qanunverciliyə zidd olaraq, biznes fəaliyyəti ilə məşğul olan Rüfət Quliyevin həm də qanunsuz olaraq faizə pul verdiyi faktı ortaya çıxıb. Vətəndaşa yüksək fazilə pul verən Rüfət Quliyev deputat səlahiyyətlərindən istifadə edərək, vətəndaşın əmlakını ələ keçirməyə çalışır.

Bu gün isə Rüfət Quliyev barəsində daha bir sənəd yayılıb. Bu sənəddə də deputatın başqa bir şəxsə faizlə pul verməsi məhkəmə qərarında əks olunub. Gununsesi.info Şirvan Apellyasiya Məhkəməsinin Rüfət Quliyevin cavabdeh Səlimov Malik oğluna qarşı “ödənilməmiş borcun və ona əsasən hesablanmış faizin ödənilməsinə dair” qərarını təqdim edir:

selem