Səlahiyyətsiz baş nazirə ehtiyac yoxdur POLİTOLOQ

  • By admin
  • 17 Mart 2017 16:10
elxan sahinoglu
Azərbaycanda idarəetməyə birinci vitse-prezidentlə vitse-prezident nəzarət edəcəklərsə, o zaman səlahiyyətsiz baş nazirə ehtiyac yoxdur.
Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Baş nazir Artur Rəsi-zadənin parlamentdə hökumətin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Artur Rəsi-zadə təqdimatından sonra deputatların çıxışlarını oxudum. “Hamısı nəyisə tənqid edir. Bank sektorundakı ağır vəziyyət, bankların verdikləri kreditlərin yüksək olmasından tutmuş ətin və digər ərzaq məhsularının qiymətlərinin od tutub yanmasına qədər şikayətlər səsləndi. Aydındır ki, haqlı tənqidlərə Artur Rəsizadənin verəcəyi tutarlı cavabı yoxdur”- dey, o, vurğualyıb.
 Politoloq bildirib ki, çıxışında bircə faktı Beynəlxalq Bankın keçmiş rəhbərliyi maliyyə sektorunda böhran yaratdığını dilə gətirib: “ Soruşan lazımdır ki, böhran yaranarkən, Siz hara baxırdınız, yoxsa yüksək çinlilərin ittifaqından çəkinərək ruslar demişkən, “mənim evim kənardadır” prinsipindən çıxış edirdiz? Deputatlar açıq söyləməsələr də baş nazir Artur Rəsizadənin fəaliyyətindən narazıdırlar və bu yaşda olan şəxsin təqaüdə yola salınmasını səbirsizliklə gözləyirlər. Ümumiyyətlə Azərbaycanda Konstitusiya dəyişikliklərindən sonra prezidentdən başqa idarəetməyə birinci vitse-prezidentlə vitse-prezident nəzarət edəcəklərsə, səlahiyyətsiz baş nazirə nə ehtiyac var?”
Mürtəza
Gununsesi.info